İstifadəçi: Şifrə: Qeydiyyat



  
 
GÖZƏLLİK SAĞLAMLIQ ANA VƏ UŞAQ MƏŞHURLAR PSİXOLOGİYA KİŞİLƏR İSLAM EVDARLIQ

Ramazan ayı bir növ məşqdir
"Oruc olduğumuz müddətdə biz dilimizi, qulağımızı, gözümüzü qorumağa çalışmalıyıq, danışığımıza fikir verməliyik, getdiyimiz yerləri nəzərə almalıyıq. Bunlara bütöv şəkildə əməl etsək həqiqi mənada oruc oluruq.  Ramazan bir ay boyu bizi bütün mənfiliklərdən uzaq olmağa çağıraraq bir növ iradəmiz üçün məşq rolunu oynayır ki, biz qalan 11 ayda oruc tutduğumuz müddətdə olduğu kimi mənfi əməllərdən uzaq olaq"- İlahiyyatçı Elşad Miri belə deyir. Söhbətimizin sizin üçün də maraqlı olacağına inanırıq.
Davamı... | Şərhlər | 31.08.2010 Saat: 15:05 (104 oxuma)

Xoş gəldin RAMAZAN!
Avqustun 11-i mübarək Ramazan ayı qədəmləri ilə bütün müsəlmanları şərəfləndirəcək. Qadın klubunun oruc tutan üzvlərinin diqqətinə gündəlik imsak, iftar vaxtı və dualarını təqdim edirik. Allah ibadətinizi qəbul etsin!
Davamı... | Şərhlər | 09.08.2010 Saat: 20:24 (52 oxuma)

Qadın kişinin qabırğasından yaranıb?
  İslam tarixi boyunca dinimizin əsas məsələləri barəsində bə’zən nadanlıq üzündən, bə’zən də qəsdən təhriflər yaradılmış, İslam həqiqətləri camaata dəyişdirilmiş şəkildə çatdırılmışdır. Belə təhriflərin böyük bir qismi qadın mövzusuna aiddir. Əksər hallarda yaranmış təhriflər qadınların cəmiyyətdəki rolunu azaltmaq, onun kişidən qat-qat aşağı səviyyədə duran yararsız bir varlıq olduğunu sübuta yetirmək məqsədi güdmüşdür. Belə məsələləri ortaya atan şəxslər Qur’an ayələrini və mə’sumların hədislərini öz xeyirlərinə şərh etmiş, məntiqə və sağlam düşüncəyə sığmayan «sübutlar» gətirməkdən belə çəkinməmişlər. Dini mənbələrdə rast gəlinən bə’zi zəif və qondarma hədislər də onların əlində istinad obyekti olmuş və əsas silah kimi istifadə olunmuşdur.

Davamı... | Şərhlər | 12.04.2010 Saat: 12:55 (228 oxuma)

Şəxsiyyətli ailə nəyə əsaslanır?
  Sağlam bir ailə qurmaq istəyirsinizsə, ər-arvad münasibətini sağlam bir zəminə oturtmalısınız. Sağlam bir ailənin təməli ər-arvad arasındakı səmimi münasibətlə mümkündür. Uşaqların inkişafı üçün lazım olan münbit şərait yalnız belə bir ailədə ortaya çıxar. Belə bir ailə iddiasında olan tərəflərin tabe olmalı ilk qanun biri-birilərini dəyərli görmək və qəbul etmək, eyni zamanda dialoq və təsiretmə kanallarını həmişə açıq saxlamaqdır.
Öz prinsip və ehtiyaclarınızla ailənin prinsip və ehtiyacları arasında düzgün bir tarazlıq qurun. Nə şəxsiyyətinizi ailəyə fəda edin, nə də ailənin zədələyəcək qədər eqonuzu üstün tutun. Bunun üçün də:

Davamı... | Şərhlər | 21.01.2010 Saat: 10:02 (285 oxuma)

Orucu necə tutmalı?
  1. Oruc tutan şəxsə hansı əməllər qadağandır?
Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:

1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.
2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.
3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.

Davamı... | Şərhlər | 26.08.2009 Saat: 11:34 (545 oxuma)

Boşanan qadın nə ilə təmin olunmalıdır (ikinci hissə)
  Boşanan qadın təmin olunmalıdır 
 
  65. ət-Talaq Boşanma surəsi, 7-ci ayə

 Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.

  2. əl-Bəqərə “İnək” surəsi, 240-cı ayə

 Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!

Davamı... | Şərhlər | 18.08.2009 Saat: 11:17 (297 oxuma)

İslamda boşanma (Birinci hissə)
  İslamda boşanmalar bəyənilmir və nikahın davam etdirilməsi tövsiyə olunur. Allah-u-Təalə nikahda müəyyən qaydalar qoymuşdur.
 4. Ən-Nisa “Qadınlar” surəsi, 35-ci ayə
  (Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!
Davamı... | 2 şərh | 04.08.2009 Saat: 15:52 (353 oxuma)

Bilməli: bu çox vacibdir
  Boyalı saça məsh çəkmək olar?
Əgər məsh boyalı saça çəkərkən suyun rəngi saç boyasından rəngli olacaqsa, bu zaman məsh pozulur. Saç boyası uzunmüddətlidirsə və məsh çəkərkən suyun rəngi dəyişmirsə, bu zaman məsh pozulmur.

Davamı... | 4 şərh | 28.05.2009 Saat: 10:44 (464 oxuma)

Qadın geyimi – hicabın fəlsəfəsi
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” ( Nur sürəsi 24, ayə 31)
Davamı... | 5 şərh | 29.04.2009 Saat: 14:24 (1146 oxuma)

Örtülü və azad

Müsəlman olmayan Kati Çinin dilindən…
İslamın qadınlar üçün irəli sürdüyü şərtlərdən biri də örtünmə ilə bağlıdır. Belə ki, əllər və üz istisna olmaqla qadın örütülü geyinməlidir. Bunun də özünəməxsus səbəbləri var. Amma mövzumuz bir qədər fərqlidir.
Örtünmək təzyiqdirmi?! Örtülü qadın əsl qadın kimi yaşamır?! Hicab qadının azadlığını alır, yoxsa ona azadlıq verir?

Davamı... | 5 şərh | 19.12.2008 Saat: 17:23 (784 oxuma)


Səhifə 1 2 (11 xəbər) [ 1 | 2 | > | >> ]  



  ''Memarı yaradan qadın''

Məşhur ingilis memarı və
heykəltaraşı Flaksmanın
evləndiyini xəbər tutan dostu
və həmkarı Reynolds bu
hadisəni təəssüflə
qarşılamışdı.


Ramblers Top100

ANA SƏHİFƏ | FORUM | HAQQIMIZDA | ƏLAQƏ