Deyilənlərə görə tənhalıq hissi insanı mənən üzür. İnsan cüt yarandığı üçün əks cinsə ehtiyacı da bundan doğur. Yəqin ki, çoxunuz bununla razılaşarsınız. Lakin gəlin, məsələni başqa tərəfdən analiz edək. Tənhalıq özünü sınmış və ya lazımsız hesab etmək üçün əsas səbəbdirmi? Əsla. Şübhəniz var? O zaman keçək ətraflı izaha.
Məgər mən bütün kainatın mərkəzi ola bilərəm?
“Özünüzü sevin!” cümləsini yəqin ki, dəfələrlə sizə məsləhət görürlər. Lakin özünü sevmək o demək deyil ki, yalnız öz qayğına qal və ətrafdakıları kəsib tulla. Əsla! Özünü sevmək ilk növbədə daxili rahatlığa sahib olmaq, öz səhvlərini bağışlamağı öyrənmək və güzgüyə baxarkən özünüzdən zövq almaqdır.
Əksər zamanlar vaxtı tənzimləməyə əziyyət çəkirik. Həyatımızda ən lazımlı məsələlərə zaman ayıra bilmirik və bununla da bütün problemlərə start veririk. “Oxumağa vaxtım yoxdu, işdə çox yoruluram ona görə sevgilimə zaman ayıra bilmirəm”-kəlmələri həyatınızı sözün əsl mənasında alt-üst edəcək. Əgər iradəli insansınızsa sadaladığımız məsləhətlərə əməl edin və həyatınızdan maksimum razı qalın.
Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir.
Bolqariyalı alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.
Niyə bir qism insanların həyatda hər şeyi, digərlərinin isə heç nəyi olmur? Bəzilərinin həyatı yalnız və yalnız ağ rəngdən ibarət olduğu halda başqaları ancaq qara rəngi tanıyır? Nə üçün kimi məqsədinə tez və asanlıqla çatır, kimi isə arzusunu reallaşdırmaq üçün ömür boyu dəridən qabıqdan çıxır, kasıbçılıq məngənəsində çapalayır?
Plastik əməliyyat bunu bacarmır
Bir qayda olaraq qadınlar fiziki çatışmamazlıqlarını intellektual xətalardan tez boyunlarına alırlar. Və hər şey bu cür başlayır: “ mən heç vaxt xoşbəxt olmayacağam, çünki mənim...” sonra isə hərə öz bədən qüsuru haqda danışmağa başlayır.
Nəyə görə bədən qüsurumuzu uğursuzluğun səbəbi hesab edirik?
“İşə götürmürlər – bu cür ayaqlarla olmaz da. Kişilər heç fikir də vermir – mən çox kökəm axı. Ərim başqa qadının yanına getdi, mənim sinəm də elə olsaydı.”
Gənc ailənin valideynlərlə birgə həyatı. Gəlin-qayınana münasibəti
Tez-tez rastlaşdığımız hallardan biri də yeni qurulan ailənin valideynlərlə yaşamasıdır. Dədə-baba qaydasına görə evə gəlin gətirmək və gəlinin qayınana-qayınata ilə birgə yaşaması tam normaldır. Lakin birgə həyat şəraiti və hər bir ailəyə məxsus tanış olmayan, vərdiş və xüsusiyyətlər özünəməxsus problemlər yaradır. Qayınana ilə birgə ev təsərrüfatı böyük narazılıqlara qədər gəlib çıxır.
Çanta – hər bir qadın üçün o dərəcədə əvəzedilməz atributa çevrilib ki, onu sadəcə aksessuar adlandırmaq düzgün olmazdı. Çantalar artıq hər bir xanımın vizit kartına çevrilib.
Çanta ən yaxın rəfiqən kimi hər zaman yanında və əl altındadır. Orada isə ən lazımlı və vacib əşyalar var. O, sizin obrazınızın sanki lazımlı əlavəsidir. Psixoloqlar deyirlər ki, qadının portretini yaratmaq, onu tanımaq üçün sadəcə çantasına diqqət yetirmək kifayət edər. Forma, çantanı götürmə qaydası, ən əsası içindəkilər həmin xanım haqda əsil anketdır.
Siz hər dəfə uşağınızn yanına yaxınlaşıb onun nəfəsinə diqqətlə qulaq asırsınız. Birdən nəfəsi kəsilər?! Onu əriniz və ya ananızın yanında qoyduğunuz zaman rahat mağazaya da gedə bilmirsiniz. Təsəvvürünüzdə dəhşətli hadisələr qurursunuz –birdən yıxılar, boğular, üzərinə qaynar su tökülər və.s
Səbəbsiz qorxu hissi sizə məlumdur? Sanki bu dəqiqə ürəyiniz gedəcək. Bütün bunlar qorxulu hadisə zaman deyil, adi məişət şəraitində - evdə, küçədə və ya nəqliyyatda baş verir. Birlikdə qadın qorxuları ilə tanış olaq. Psixoloqlar bir neçə qadın qorxusunu aşkar ediblər.
Tənha qalmaq qorxusu
Simptomları
Qorxursan ki, uzun müddət həyat yoldaşına maraqlı olmayasan və o, sənə əvəz tapsın. Bunu düşünmək sizi dəhşətə gətirir. Əgər hələ də həyatında heç kim yoxdursa, narahat olmağa başlayırsan. “Mən ömür boyu tənha qalacağam.” – deyirsən Əgər tale səni başqa ölkəyə, şəhərə gətirib çıxarıbsa, dost və rəfiqələrdən təcrid olunacağından qorxursan.