Jaklin Kennedi-Onassis - əhlikef, yoxsa sərhesab qadın?
Bir dəfə Kennedinin çarpayısından qara ipək qadın tumanı tapan sadəlövh qulluqçu onun Jaklinə məxsus olduğunu düşünür və tumanı evin xanımına verir. Təmkinlə ərinin işdən gəlməsini gözləyən birinci xanım sakitcə əmanəti ona uzadaraq deyir: “Bu mənim ölçüm deyil. Yiyəsinə qaytar”
Marlen Ditrix: “Ölümdən deyil, həyatdan qorxmaq lazımdı! Mən ölən zaman...
Mələk, şeytan-qadın, evdar xanım, alkoqolik, əxlaqsız məxluq, gözəl ana, biseksual, dahi aktrisa və istedadsız xanım – bu onun haqda gəzən şayələr idi. O, Marlin Ditrixdir.
Əzizə Mustafazadə: “İstəyirəm bir gün yuxudan oyanım və ətrafda bütün müharibələrin başa çatdığını görüm”
“Atamın səhnədə dünyasını dəyişməsi təsadüfi deyil” Uzun illərdir Almaniyada yaşayan, ifası ilə bütün dünyanı ayağa qaldıran həmyerlimiz Əzizə Mustafazadə gərgin səfər qrafikinə baxmayaraq, atasının 70 illik yubileyi ərəfəsində APA-ya eksklüziv müsahibə verib. Adətən xaricdə mətbuat nümayəndələri ilə görüşünü, müsahibə və reportajlarının hazırlanmasını maddiyyat qarşılığında edən caz ifaçısı, Azərbaycana olan sevgisini təmənnasız müsahibə verməklə bir daha sübut edib. Onunla söhbət əsnasında Azərbaycan musiqisinə şöhrət qazandıran simalardan birinin nə dərəcədə sadə olduğunun bir daha şahidi olduq. Foto çəkilişlərinə icazə verməyən Əzizə Mustafazadə bunun səbəblərini belə açıqlayıb: “İstəmirəm ki, məni sonsuz məhəbbətlə sevən, musiqimi başa düşən səmimi və dəyərli tamaşaçılarım məni formada olmadığım vaxt görsün”.
Tarixə baxış: 8 Mart - Beynəlxalq Qadınlar Bayramı
"8 mart" qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir desək yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.
(19 avqust 1883 – 10 yanvar 1971)
Koko öz üslubunu belə qiymətləndirirdi – “Əsl eleqantlığın açarı – sadəlikdir.” Koko “natural look” (təbii baxış) üslubunu gətirdi: enli ətəklər, uzun sviterlər, kiçik şlyapalar, yığcam əl çantaları, çox cüzi makiyaj. Dünyanın bütün qadınlarına Şanel şalvar, bijuteriya, süni mirvari və dekorativ düymələri “açdı” Onun üslubu həyatın bütün hadisələrinə uyğundu. Əgər qadınsayağı görünmək istəyirsənsə bu üslub yetərlidir.
Oqtay Əliyev: “Səhnədə olanın yaxşı imkanı olmalıdır.”
(“SOY Production”ın prezidenti Oqtay Əliyevin Lent.az-a müsahibəsi)
- Siz şou-biznesdə çəkisi və fəaliyyəti olan şəxslərdənsiniz. Neçə illərdir ki, münsif kürsüsündə əyləşirsiniz. Bəlkə bu dəfə “Yeni ulduz”lardan yox, “köhnə” ulduzların ötən il musiqi səhnəsində gördüyü işlərdən danışaq?
Ernest Heminquey: “Yazıçı hansısa mücərrəd arzu, istək naminə yox, varlanmaq xatirinə yazır.”
(E. Heminqueyin bir oxucusu ilə söhbətindən)
- Cənab Heminquey, sizin ölkədə yaxşı yazıçılar olubmu?
- Olub. Henri Ceyms, Stiven Kren və Mark Tven. Mən onların adını sıra nömrəsiylə çəkmədim. Yaxşı yazıçıların sıra nömrəsi olmur.
- Mark Tven yumoristdi. Qalan o iki nəfəri isə tanımıram.
- Bütün Amerika ədəbiyyatı Mark Tvenin bircə kitabından-"Heklberri Finn" povestindən çıxıb. Əgər bu kitabı oxumaq istəsəz, orda zənci Cimin oğurlanması səhnəsinə diqqət verin. Bax, əsl sonluq belə olmalıdı. Yerdə qalanı isə uydurmadı. Lakin bizim bundan yaxşı kitabımız olmayıb.
Robert Pattinson:“İstənilən qızı ələ ala bilərəm...”
Robert Pattinson – bu ad yəqin ki, sizə tanışdır. Yaraşıqlı, cəlbedici və qadınların sevimlisi olan aktyor. Bir çox filmlərdən tanımağımıza baxmayaraq son illərdə “Alatoran saqa: təzə ay” filmi ilə daha da məşhurlaşdı. Qadınklubu.az “Tu” ispan jurnalının Robert Pattinsondan götürdüyü müsahibəni sizə təqdim edir.
Məşhur britaniyalı aktyor 13 may 1986-cı ildə londonda anadan olub. 12 yaşında qeyri-müəyyən səbəblər üzündən məktəbdən xaric oluinub. Bir müddət həvəskar teatr səhnəsində çalışıb. Kinoya gəlişi də teatrdan başlayıb.
Aktyorluqdan başqa sintezator və gitarada ifa edir. Idmanla məşğul olur. Karyerasını çox uğurlu görür.
Nina Riççi - əfsanəvi qadın və onun qeyri-adi bacarığı
Nina Ricci – brendin tarixi və əfsanəvi ətirlər haqqında bilmədikləriniz
“Mən lənətlənmiş insan kimi gecə-gündüz işləyirdim.” – Nina nəvələrinə danışırdı. Bu sözlər şişirtmə deyildi. “Nina Ricci” markası bütün dünyada tanınır. Bazara çıxdığı ilk günlərdən bu ad dəbdəbənin sinoniminə çevrildi.