Hamiləliyin ilk aylarında ağır stress keçirən qadınların uşaqlarında şizofreniya olma riskinin daha yüksək olduğu müəyyən edilib. Mançestr Universitetinin alimləri Hollandiyada 1973-1995-ci illəri əhatə edən 1 milyon 38 min doğum sənədlərini araşdırıblar. Araşdırma nəticəsində hamiləliyin ilk üç ayında yaxın bir qohumu vəfat etmiş anaların uşaqlarında şizofreniya və buna bənzər xəstəliklərin nisbətinin digərlərinə nisbətən 67% çox olduğu müəyyən edilib.
Hamiləliyin 1-ci üç ayının (trimestr) problemi əsasən toksikoz olur. Ana bətnində dölün inkişaf etməsinə və çəki toplamasına baxmayaraq, qadınların çoxu bu dövrdə çəkilərini itirirlər.
2-ci trimestrdə (3-6-cı aylar) qarnınızın həcmi elə də böyük olmur və demək olar ki, toksikoz problemi yaşamırsınız. Bu dövrdə yaxşı olar ki, təmiz havada çox gəzəsiniz və gözəlliyinizə diqqət edəsiniz.
Doğuşdan sonra seksual həyat: “erotik forma”nı necə qaytarmalı
Doğuşdan sonrakı yuxusuzluq, körpəyə maksimal diqqət sizi daha çox yorur və bəzən günlərlə yatmaq haqda xəyal edirsiniz. Yeni həyata hələ tam öyrəşməmisiniz. Bu da bir çox psixoloji problemlər yarada bilir. Bəzən isə körpəyə olan sevginiz ərinizə olan məhəbbəti sıxışdırmağa başlayır. Ehtiyatlı olun, əgər həyatınızdan seks yoxa çıxıbsa bunun ardından körpənin atası da yoxa çıxa bilər.
X və ya Y xromosomlu spermatazoidlər nə vaxt aktiv olur?
Alədə körpnin dünyaya gəlməsi xoşbəxtlikdir. İstər qız, istərsə də oğlan ailənin sevinci, fərəhi və davamçısıdır. Lakin təəssüflə deməliyik ki, bəzi ailələrdə qız uşağının doğulması əsl problemə çevrilir.
Uşağın cinsi hansı spermatozoidlərin yumurtahüceyrəni mayalandırmasından asılıdır. Mayalanma zamanı əgər X xromosomlu spermatazoid yumurtahüceyrə ilə mayalanıbsa bu qız embrionun əməmlə gəlməsindən xəbər verir, Y xromosomlu spermatazoid yumurtahüceyrə ilə mayalanıbsa uşaq oğlan olacaq. Bir daha bildiririk ki, uşağın cinsi birbaşa kişidən asılıdır. Qadın burada heç bir rol oynamır. Çünki qadında yalnız iki X xromosomu var. Kişidə isə X və Y.
Müxtəlif xromosomlu spermatazoidlər müxtəlif xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri bilmək gələcəkdə körpənizin qız və ya oğlan olmasını bilməyə kömək edəcək.
Uşaqların fikrincə ideal Ana dadlı yeməklər bişirir, onlara toz-torpağın içində oynamağa icazə verir və gün ərzində 2 saatdan az olmayaraq onlarla oynayır.
Uşaq nəzəriylə ideal ana daha nələri etməlidir?
Ana uşaqları məktəbə aparmalı, üst-başını çirkləndirdiyi üçün onu danlamamalı və günün istənilən saatında limitsiz televizora baxmağa icazə verməlidir. Bu nəticəni 6-15 yaş arası uşaqlar arasında keçirilən sorğudan sonra, britaniyalı sosioloqlar bəyan ediblər.
Təəssüf ki bu ifadəni çox vaxt südəmər körpələrin yuxusuna aid etmək olmur. Əvəzində tez-tez “Uşaq bütün gecəni nə özü yatıb, nə də bizə gözümüzü yummağa imkan verib” sözlərini eşidirik. Görəsən südəmər uşaqlara rahat, şirin yuxu təmin etməyin yolu var?
Lay-lay dedim yatasan, Şirin yuxu tapasan...
Bilirik ki, yuxu uşağın hormonal boyu və inkişafı üçün vacib faktorlardan biridir. Körpənin yuxusunu tam almaması onun sinir sisteminə təsir edir, hələ möhkəmlənməmiş orqanizminin immunitetini zəiflədir, əhvalını korlayır bu isə o deməkdir ki, balaca ilə birgə bütün ailənin keyfi pozulur.
Artıq öyrəndiniz ki, hamiləsiniz. Təsadüfi və ya planlaşdırılmış hamiləlik özü ilə həyatınıza fərqli hisslər bəxş edir. Əlbəttə ki, növbəti 9 ayın xoşbəxtlik gətirməsi mütləqdir. Bəs narahat fikir və hisslərdən azad ola bilmirsinizsə, nə etməli?
Narıncı səma, narıncı dəvə: körpənin fantaziyası
Bu yalnız böyüklərdə qəm-kədər yaşıl, arzular mavi, pessimizm qara rəngdə olur. Heç düşünmüsünüz, uşağın nəzərləri ilə onun dünyası nə rəngdədir?“Uşaq dünyanı necə qəbul edir? “– sualına psixoloq İrina Sirotkinonun “Parlaq işləyirik: rəngli satıcılar, rəngli alıcılar” kitabında maraqlı cavablar var. Sizi də həmin faktlarla tanış edirik.
Evə yeni sakinin – körpənin gəlişi valideynləri məsuliyyətli olmağa cəlb edir. Onu qorumaq isə ata-ananın əsas borcuna çevrilir. Körpə böyüyür və onun dünyagörüşü də dəyişir, böyüklər isə ona uşaq kimi münasibət göstərirlər, onun yanında paltarlarını dəyişirlər, öz çarpayılarında yatmağa icazə verirlər. Psixoanalitik Natalya Tolstayanın məsləhətləriylə bizim oxucuları tanış edirik.