Klassik formalı ağ köynəklər xanımların qarderobuna hələ 60-70-ci illərdə daxil olub. Bu illərdə artıq xanımlar ictimai-siyasi həyatda öz yerlərini tutmağa, biznesdə və digər sahələrdə uğur qazanmağa başlayıblar. Və beləcə, kişilərin ən sevimli ağ köynəkləri də diqqətimizdən kənar qalmadı. İndi istəsələr belə onu geri qaytarmaq fikrimiz yoxdur. Əksinə, ağ köynək üzərində nə eksperimentlər aparmışıq və hələ nələr edəcəyik? Kim bilir, bu oğurluqdur, yoxsa adi maraq? Bu sualı cavablandırmaqdansa nəticəylə maraqlanaq.
Müxtəlif yaxalıqlı, aksessuarlı, tam klassik, yarı-klassik, idman üslublu ağ köynəklər haqda təsəvvürlərimiz.
Demək olar ki, yaz fəslinin son ayına qədəm qoyuruq. İsti yay günləri burnumuzun ucundadır. Yayın gəlişi xanımların geyim tərzinə də təsir edir. Belə ki, qadınsayağı görünmək və yeni modelli geyimlər tapmaq hər birimizin arzusudur. Yaz-yay fəslində daha çox ətəklərə önəm verildiyi üçün bu yazımızda sizə ətək seçməklə bağlı məsləhətlər verəcəyik.
El arasında çay sodası adlandırılan soda kulinariya və ev təsərrüfatında geniş istifadə olunur. Sodanın kosmetik məqsədlər üçün istifadəsi haqda eşitmisiniz? Elə isə sadə və effektiv reseptlərlə tanış olun.
8 mart beynəlxalq qadınlar bayramı artıq yaxınlaşır. Sevgiliniz, atanız, qardaşınız, iş yoldaşınız və ümumiyyətlə ətrafınızda olan güclü cinsin nümayəndələri bəlkə də, nə alacaqlarını dərdə çevirirlər. Hətta alacaqları hədiyyələrə sərf edəcəkləri pulu hesablayıb dərindən “ah” çəkənlər də var. Bəziləri isə bayram günü sadəcə yoxa çıxmaq istəyirlər. Bunlar hamısı yarı zarafat, yarı həqiqət şəklində deyilən kəlmələrdir. Bu bir yana.
Palmolive Termal SPA “Banya Effekti” Duş Geli Rus Banyası orqanizmə təsirləri haqda yəqin ki, çox eşitmisiniz. O, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, insana mənəvi rahatlıq hissi bəxş edir. Bununla bərabər bəzi xəstəlikləri “Rus Banya”sı vasitəsilə müalicə etmək mümkündür.
Qadınların xarici görünüşü ilə bağlı əsas qayğılarından biri də dərilərinin təmiz, hamar, gözəl görünməsi ilə əlaqədar olur.
Xüsusən də əgər yaşlanırsa və üzündə qırışlar yaranmağa başlayırsa, bu, artıq qadın üçün ciddi bir problemə çevrilməkdədir. Lent.az Fərid Ələkbərlinin “Şərqin min-bir sirri” kitabına istinadən məhz qırışlara qarşı bir neçə maskanı təqdim edir.
“Əlcək, şlyapa, yaylıq və gün eynəkləri”– yaz fəslinin ən dəbli aksessuarlarıdır
Artıq yun şarf və papaqlardan can qurtarmağa lap az qalıb. Onun yerini zərif yaylıqlar, şlyapalar və qadınlığınızı tamamlayacaq əlcəklər tutacaq. Günəşli günləri nəzərdən qaçırmayın. Ona görə artıq indidən bir neçə eynək almağı da unutmayın.
Gözəl üz dərisinə sahib omağı hər qadın arzulayır. Lakin unutmamalıyıq ki, “bağa baxarsan bağ olar, bağmarsan dağ”. Ona görə də vaxtaşırı kosmetoloqa getməyi unutmayın. Əgər buna bu və ya digər səbəblərə görə imkan yoxdursa, krem-maskalara müraciət edin.
Ev şəraitində hazırlaya biləcəyiniz maskaların resepti ilə sizi tanış edirik. Bu maskalar həm rahatdir, həm də tez başa gəlir.
Ben Skervin - aparıcı stilistlərdən biri - baş dərisi üçün massaj üsulunu hazırlayıb. Bunun nəticəsində saçlar daha parlaq və sağlam olur. Həmin massajı sizə təqdim edirik.
Massajı yaş və quru saçlara etmək mümkündür. Lakin yeni yuyulmuş və dəsmalla bir qədər qurudulmuş saçlarda effekt daha yaxşı büruzə verir. Çünki saç yumanın nəticəsində baş dərisində qan dövranı yaxşılaşır. İndi isə əsas etaplarla tanış olaq.
Yeni ilə sayılası günlər qalıb. Biz qadınlar da həm bayram süfrəsi haqda düşünürük, həm gözəlliyimiz, həm də yaxınlarımıza nə hədiyyə edəcəyimizi götür-qoy edirik. Bəli, razılaşmalıyam ki, işimiz bir o qədər də asan deyil. Həmişəki kimi. Həm cibimizə, həm hədiyyə alacağımız insanın zövqünə uyğun nəsə seçmək yaxşı olardı. Düzdür, bəlkə də çoxunuz büdcəyə baxıb hədiyyə almaqdan imtina etmisiniz. Ancaq unutmayın ki, ən kiçik hədiyyə belə qarşı tərəfin sevincinə səbəb ola bilər. Ən azından onu düşünməniz, ona görə dükan-bazar gəzməyiniz fikirləri insana sevinc bəxş edir. Ona görə də həvəsdən düşməyə dəyməz. Durmadan hədiyyə seçiminə yollanın. Əminəm ki, bayram ərəfəsi endirimlərdə cibinizə və zövqünüzə uyğun hədiyyə tapacaqsınız. Əsas istəkdir.