Əziz xanımlar, Mehman usta sözünü tutaraq ara-sıra klubumuza baş çəkir. Bu dəfəki gəlişində o, bizimlə "Yay salatı"nın reseptini bölüşdü. Mən artıq hazıralyıb dadına baxdım. Ləzzətlidir. Sizə də nuş olsun!
Əziz xanımlar, kulinariyaya olan marağımızı nəzərə alaraq, klubumuza aşbaz Mehmanı qonaq çağırdıq. Həm ziyarət, həm ticarət edərək, bir az söhbətləşdik, sonra da resept aldıq ondan. Yaddan çıxmamış deyim ki, bundan sonra aşbaz Mehmanı qadın klubunda tez-tez görəcəyik. Kişilərin qəlbinə gedən yolu onlardan birinin köməyi ilə keçsək nə olar ki?..
Dizaynın əsasları: rəngin dizaynda istifadə qaydaları
Siz mənzilinizi təmir etməyə hazırlaşırsınız? Lakin dizayner tutmağa maddi imkanınız yoxdur. Fikir etməyə dəyməz. Qadınklubu.az sizə bu sahədə maraqlı məsləhətlər verməyə hazırdır.
Elə isə başlayaq.
Ilk olaraq ideya tapmaq məsləhətdir. Ya özünüzdə “yatmış dizayner”i kəşf edin ya da jurnal səhifələrinə diqqət yetirin. Dizayn sahəsində bir çox istiqamətlər mövcuddur. Buna görə də üslub seçdikdən sonra onun mahiyyətini öyrənsəniz daha yaxşı olar. Bu zaman üslubun qanunlarını da öyrənmiş olarsınız.
Milli mətbəximizdə bir-birindən dadlı bir çox qış yeməkləri vardır. Hər yeməyin öz yeri, öz məclisi var desək yanılmarıq. Xaşıl isə həm ən qədim, həm də ən yaxşı qış yeməyi sayılır. Bişirilmə qaydasının asan olması xanımlarımızın işini bir qədər də yüngülləşdirmiş olur.
Beləliklə, qadınklubu.az “Xaşıl”ın reseptini təqdim edir.
Əksər hallarda axşam yeməkdən sonra və ya saat 4-5 arası ürəyimizdən dadlı şirniyyat keçir. Belə hallarda tez hazırlanan şirniyyata müraciət edirik. Beləliklə xanımlarımız üçün növbəti dadlı və tez başa gələn şirniyyat reseptini təqdim edirik.